Missiya
Missiya , tarix boyunca, istər ilkin, istərsə də daha sonrakı versiyalarında müxtəlif mənalarda istifadə edilmişdir. Vikipedi missiya yazdığümda mənə 20 başlıqlı nəticə verdiğində, axtardığım nə xristian kilsəsinin missionerlik hərəkatı, nə hərbi hərəkat, nə üzüm sortu, nə də Rush’ın missiya mahnısıdır. Mənə şirkətin(firma, kompaniya, quruluş vs.) missiyası gerekliydi.
Missiya –təşkilatin məqsədini, yəni geniş mühitdə hansı məqsədlərə nail olmaq istədiyini bildirir. Bu halda isə təşkilatda işçiləri bir „invisible hand“ kimi yönləndirir. Missiya şirkətin cəmiyyətdə hansı məqsədlərə nail olmaq istədiyini də göstərir. Mütləq və mütləq müəyyən ve konkretlik daşımalı, su kimi büllur və dupduru olması gərəklidir. Lakin müəyyən səbəblərə görə qoyulmuş missiya başqa vəzifələrə cevrilə bilər. Yəni öncəki halını və mənası itirir. Səbəblər kimi, zaman , böyümə, yəni məhsullar və bazarlar , əlavə də mühitin yeni şərtləri missiyanın konkretliyini itirir.
əlbəttə bu hal arzuolunmaz bir vəziyyətdir. Lakin bunu da çözümləməyə çalışan menecerler, yeni məqsədlər arayışında və özlərinin qoyduğu suallara ele özləri də cavab verməyə çalışırlar. Müştərimiz kimdir? Biznesimiz necə olmalıdır? Müstərilər nəyə dəyər verir?
Edə bileceyini yəni Atalar demiş „Ayağını yorğanına kimi uzat“ deyimi şirkət missiyasında əks olunmalıdır. Mən X şirkəti olaraq özümü asan məqsədi seçməli deyiləm, hətta o nə qədər qulağa xoş olsa belə. Unudulmamalıdır ki, hər şey müştəri və onun üçün yaradılan dəğərdən söhbət gedirsə, məhz onların ehtiyaclarının təməlini nəzarətə alacaq və təsir edəcək məqsədlər seçilməlidir.
Ölçü vahidini də işə salsaq, dar ya da həddindən artıq geniş missiyalardan da qaçınılmalıdır. Məsələn X şirkəti əgər qələm istehsal edirsə, mən komunikasiyanın özəyiyəm deməsi absurddur. Biləvasitə şirkətlə hədəf kütlə arasında inamsızlıq yaradan , bununla da şirkətin etibarını sarsıdan metaforik şişirtmələr hec də gələcəyi ümidləndirmir.
Missiya həmçinin bazar mühitinə də uyğun olmalıdır. Düşünək ki. Bakıdakı McDonalds günəş enerjisiylə işləyən solar saatlar istehsal etməyə başlayır. Lakin bu onun en qısa zamanda yemeyini yeyib işinin dalınca getmək istəyən müştərilərə heç bir üstünlük qazandırmır, hərçənd fast food xarakteri daşısa da McDonalds, Bakıda aile istirahət mərkəzinə çevrilib.
Wednesday, November 11, 2009
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment