Wednesday, November 11, 2009

Missiya

Missiya

Missiya , tarix boyunca, istər ilkin, istərsə də daha sonrakı versiyalarında müxtəlif mənalarda istifadə edilmişdir. Vikipedi missiya yazdığümda mənə 20 başlıqlı nəticə verdiğində, axtardığım nə xristian kilsəsinin missionerlik hərəkatı, nə hərbi hərəkat, nə üzüm sortu, nə də Rush’ın missiya mahnısıdır. Mənə şirkətin(firma, kompaniya, quruluş vs.) missiyası gerekliydi.
Missiya –təşkilatin məqsədini, yəni geniş mühitdə hansı məqsədlərə nail olmaq istədiyini bildirir. Bu halda isə təşkilatda işçiləri bir „invisible hand“ kimi yönləndirir. Missiya şirkətin cəmiyyətdə hansı məqsədlərə nail olmaq istədiyini də göstərir. Mütləq və mütləq müəyyən ve konkretlik daşımalı, su kimi büllur və dupduru olması gərəklidir. Lakin müəyyən səbəblərə görə qoyulmuş missiya başqa vəzifələrə cevrilə bilər. Yəni öncəki halını və mənası itirir. Səbəblər kimi, zaman , böyümə, yəni məhsullar və bazarlar , əlavə də mühitin yeni şərtləri missiyanın konkretliyini itirir.
əlbəttə bu hal arzuolunmaz bir vəziyyətdir. Lakin bunu da çözümləməyə çalışan menecerler, yeni məqsədlər arayışında və özlərinin qoyduğu suallara ele özləri də cavab verməyə çalışırlar. Müştərimiz kimdir? Biznesimiz necə olmalıdır? Müstərilər nəyə dəyər verir?
Edə bileceyini yəni Atalar demiş „Ayağını yorğanına kimi uzat“ deyimi şirkət missiyasında əks olunmalıdır. Mən X şirkəti olaraq özümü asan məqsədi seçməli deyiləm, hətta o nə qədər qulağa xoş olsa belə. Unudulmamalıdır ki, hər şey müştəri və onun üçün yaradılan dəğərdən söhbət gedirsə, məhz onların ehtiyaclarının təməlini nəzarətə alacaq və təsir edəcək məqsədlər seçilməlidir.
Ölçü vahidini də işə salsaq, dar ya da həddindən artıq geniş missiyalardan da qaçınılmalıdır. Məsələn X şirkəti əgər qələm istehsal edirsə, mən komunikasiyanın özəyiyəm deməsi absurddur. Biləvasitə şirkətlə hədəf kütlə arasında inamsızlıq yaradan , bununla da şirkətin etibarını sarsıdan metaforik şişirtmələr hec də gələcəyi ümidləndirmir.
Missiya həmçinin bazar mühitinə də uyğun olmalıdır. Düşünək ki. Bakıdakı McDonalds günəş enerjisiylə işləyən solar saatlar istehsal etməyə başlayır. Lakin bu onun en qısa zamanda yemeyini yeyib işinin dalınca getmək istəyən müştərilərə heç bir üstünlük qazandırmır, hərçənd fast food xarakteri daşısa da McDonalds, Bakıda aile istirahət mərkəzinə çevrilib.

Thursday, November 5, 2009

We share the same biology...

... Regardless of Ideology
Stingin məşhur 'Russians' mahnısından alınan bu sözler, o zaman yaşanan Soyuq Müharibənin kəskin fərqlənən 2 super gücün arasındakı bəlkə tək bir bağ olaraq səsləndirilmişdi. Nə dərəcədə təsirli olduğunu deyəbilməsəm də o əsr üçün bu zamanın adamı kimi məndə bir anlıq düşündürücü hisslər yaratmış oldu.
Marketing üçün faydalı olmaq , həm də əksinə və ya onun təmsilində sizlərə faydalı olmaq , sizlərin də mənə faydalı olmağını göz önüne alıram. Artıq sizlərin (adlarını birinci, ikinci yazmıram) bloglarından kifayət qədər faydalanmaqdayam. Və sizlərdən gələn informasiya bolluğu məndə daxili bir güc yaratdı. Yaranan bu güc mənim də sizlər kimi məlumat paylaşacağıma zəmin yaradır. Bunun nəticəsini indidən demək olmur, cünki əğər keyfiyyət gözüyle ölçsək, elə keyfiyyətin olçülməsi Marketing üçün bir başlı başına problemdir. Ancaq istəklərimə istər çatım vəya çatmadığım halda əldə etdiyim, qazandığım hər bir şey məndə təcrübə yaratmış oldu. Yaranan təcrübə qoy sizlərə də xidmət etsin.
Ele alacağım mövzular, Marketing, onunla elaqeli başlıqlar, Strategiya ve Marketing-Mix, ayrıca PR, Brand Management, IMC, ele Communication Politic, dahası Retail Marketing, Service Marketing ve saire kimi