Friday, July 23, 2010
Viral Marketing(1)
Adıni virusların yayılma şəklindən almış WOM-un bir alt kategoriyasıdır. Geniş yayılmasının əsas səbəbi Medyanın bahalılığı və qazancların bu xərcləri qarşılaya bilməməsidir. Verilən təriflərdən görünür ki, ya yoluxucu bir xəstəlik kimi bir insandan digərinə keçən bir fikir ya da mehsulun bir virus kimi serpilərək satılması, ya da öz reklamını özü edən və davamına da məsuldur. Medya kimi, mƏkan anlayışı kimi internet irƏlidədir, hətta deyərdim ki, kapasitəsinin böyüklüyünə görə mobil telefonlardan da çox istifadəlidir. Bir viral qurgusu yaratmaq üçün 3 təmələ ehtiyac var; 1. yayma motivatoru 2. alma motivatorun 3. yayılma məkanı(Medyum)
Yayma motivatoru təyin edilərkən, her cür motivdən istifadə olunur. Pul tda təklif edilir, psixoloji ehtiyaclara da cavab verilə bilər. Amma en dogru seçim yayıcılarla mənəvi əlaqələrin qurulmasıdır.
Alma motivatoru viral qurğunun bir diğər elementidir. Əsas olan burda mesajın gücüdür. Çünki mesajın yayılması prosesində alıcılar əsl hədəf kütləsi kimi çıxış edir. Onların da yayıcı olması öncə alıcı olmasıyla gerçəkləşir.
Yayılma mekanı(Medyum)- burada isə məlumatların sürətlə yayılmasıdır, geniş kütlələrə xitab edə bilməsi, mesajın aydın olması və anlaşılır şəkildə daşıya biləcək kapasitədə olmasıdır.
Əgər bu 3 element bir araya ugurla gələrsə, ənənəvi marketinqdən daha çox geri dönüşlü(feedback) və buna baxmayaraq daha az xərclidir.
Unutmamaq lazımdır müştərinin dilindən müştəri daha yaxşı anlayır...
Tuesday, December 15, 2009
Reklam versus PR
Ödənilmiş bir yer ya da Ödənişsiz
· Reklam reklam yeri üçün ödəniş edir. Sən bilirsən ki, dəqiq reklam nə vaxt göstəriləcək ya da dərc ediləcək
· PR-ın işi isə şirkətin xeyrinə sərbəst reklam ya da məlumat aşkarlığını verməkdir. Yeni olacaq konferanslardan tutmuş ta pres relizlərə qədər. Fikrini, sadəcə pulsuz sərgiləyəcəyin xidmət və ya məhsulun medya kanalına toplamalısan.
Yaradıcı Kontrol əksinə Kontrolsuzluq(Tam Nəzarətsizlik)
Ödədiyin hər hansı media kanalındakı boş yerə sənin verilən reklam üzərində yaradıcı bir nəzarətin var artıq
PR isə nəzarət edə bilmir ki, medyaya ötürdüyü informasiya editor tərəfindən necə dərc olunacaq, hətta hər şeydən öncə editor qərar verir sənin informasiyanı necə istifadə edəcək. Editor məcbur deyil sənin hadisəni canlandırsın ya da göndərdiyin press relizi dərc eləsin.
Rəfin Ömrü(Shelf Life)
Reklam üçün ödəniş etdiyin tarixdən bugünə kimi, sənin onu təkrar təkrar medya kanalında göstərə bilərsən ta ki sənin büdcən buna imkan verənə qədər. Reklam ümumiyyətlə hər bir halda pres relizdən daha uzun rəf ömrünə sahibdir.
PR sadəcə bir kərə yeni məhsul haqqında pres reliz verir, sadəcə bir kərə konferans haqqında pres reliz verir. PR-ın gördüyü işi biz dərk etdiyimizdə sadəcə bir kərəliyinə hesablanır. Editor istəməz ki eyni bir pres relizi təkrar bir neçə dəfə dərc etsin.
Müdrik Istehlakçılar
Istehlakçılar bilirlər əgər onlar ödənişi olmuş reklamı görsələr məhsulu almağa ya da xidmətdən yararlanmaq üçün cəhd göstərəcəklər
PR-da isə bir kimsə əgər qəzetdə 3cü səhifədəki məhsul haqqında bir məqalə oxusa , ya da TV-də göstərilən bir hadisəyə baxarsa, , onlar biləcəklər ki, PR ödəmə etməyib reklam kimi.
Yaradıcılıq ya da Xəbərlər üçün Burun
Reklamda , yaradıcılığın özünü bir digər öncədən yaradılmış bir reklam kampaniyasına və ya materiyalına əsasən inkişaf etdirə bilmək imkanı var
PRda sen yeni çıxan xəbərləri əvvəlcədən bilməlisən və o xəbərlərdən bir vızıltı(buzz) istehsal eləməlisən. sen buy olla yaradıcılığını ilərlitmiş olursunuz.
Evdə ya da Şəhərdən kənarda
əgər sən bir reklam agentliyində işləyirsənsə sənin başlıca əlaqələrin tərəfdaşların və agentlərin klientlərindir. əgər sən reklam yerini klientin Media Direktoru Sənan əliyev adına alsan və planlaşdırsan, , onda sən deməli media satış insanlarıyla əlaqədə olmuş olursan
PR media ilə əlaqədə olur və bu əlaqələri inkişaf etdirir. PR əlaqələri sadəcə evdəki yəni ofisdəki münasibətlərlə məhdudlaşmır. PR sabit olaraq nəsriyyat və radio ilə yaxın münasibətdədir həmçinin.
Hədəf Kütlə ya da Qarmağa Ilişdirilmiş Editor
Reklam hədəf kütləsini axtarmada və buna uyğun reklam verir. Reklam xanımlar üçün yayımlanan TV-i proqramlarında kişi məhsullarını reklam etməzç
PR editorları bir balıq kimi tutmalı ve qarmağa ilişdirməlidir ki, onlar da PR məhsullarını ya dərc eləsin ya da nümayiş eləsin. Bu əslində bir az da PR-ın zəifliyidir. Sadəcə Editordan asılı olursan.
Məhdudiyyətli ya da Məhdudiyyətsiz Münasibət
Bir reklam agenti hər zaman üçün medyaya məlum deyil ya da agentlıkdə işləyən copywriter ya da dizayner də həmçininç
PR-da, sən medyaya görünürsən. Gizlilikdə qalmırsan. Və də yaxşı məhsullar üçün həmişə ortaya çıxmırsan, misal üçün, şirkətdə bir insident baş veribsə, bu haqda ya bir bəyannamə , ya da kamera qarşısında jurnalistlərə müsahibə verirsən. Sən bununla da şirkətini də təmsil edən bir şəxs kimi ortaya çıxmış olursan.
Monday, December 7, 2009
Yola verək yoxsa elə Dərviş Parisi həqiqətən partlatmalıydı!?
Zamanı catmadı mı yoldaşlar yerli mütəxəsislərimizin artıq dinlənilməsinə, kifayət qədər haqq etmədikləri şəkildə yabanilərə pul, diqqət, hörmət və sair vəya və ilaxır ödədik. Zənnimcə artıq buna bir əncam çəkməyin zamanı gəldi də gecikmişik belə. Bunca əziyyətin müqabilində „kaliteli“ mütəxəsislərin verimsizliyi və nəticə etibarıyla faydasızlığını yola verməməliyik. Necə ki, bugün çoxlarımız kursu yola verdik.
Hesab edirəm ki, Human Factor məhz Cəlilin „Ana Dili“ndə verilməlidir. Ingiliscə oxuyan fransız ya da elə fransızcadan oxuyan bir fransız , sonradan ingiliscədən Azərbaycanlılara „Human Factor“u başa saldığinda nə dərəcədə təsir buraxmış olur, özü nə anlayıb ki də , nə də anlatsın. əlbəttə yoldaşlar vardır bir şeylər soz tapıb deməyə, ama o dillərin transferində sadəcə və sadəcə anladığını.deyəcək. başqa bir şey deməyəcək.
Alqışlanandır, birilərinin təcrübələrini mənimsəmək
Və də o da alqışlanandır birilərinin(yabani də olabilər) mühazirələrini dinləmək
Ama o alqışlanan deyil ki, biriləri bizlərə uyduruq nağıllar danışsın.
Umid edirəm, nələr demək istədiyimi əsəbi halda yazsam belə anlamışsınızdır.
Thursday, December 3, 2009
Qorxu ve Social Marketing
Qorxu, qəraralmaların güclü sürücüsüdür. Qorxu olmadan bir kimsə qoruyucu kəmərdən istifadə etməz. Sən ondan istifadə edirsən cünki, endişələnirsən, əgər qəza olarsa kəmər taxmadan , sabah nə baş verəcək, buna kimsə qaranti verə bilməz.
Seth Godin’dən alınmış bu sözlər əslində bu defeki məqalənin məzmununu açıqlamış oldu, bəri başdan deyim ki, bir az geniş həcmli yazı olmasına hazırlıqlı olun, ama oxumağa dəyər.
Qorxu marketoloqları şəkli sabah nə necə baş verə bilər , əgər onların məhsullarını almasanız, rəngləməkdədirlər. Onlar mövcud olan artıq qorxularla oynamaqdadırlar. Son nəticə müştərinin qavramasıdır ki, reklamda verilən aktual məhsulları almasa ailesini güvəndə saxlaya bilməyəcək, daha təhlükəli olacaq, ya da İnsan, içinde her zaman korkuyu bulabilir. Ancak yeterince derinde aramasını bilmelidir. André Malraux n azından düşdüyü situasiyadan qaçmağa calışacaq. Onda biz nə etməliyik sualı ortaya çıxacaq? Bəs bu marketinq növü cəmiyyəti narahat etmir mi, qorxunu bəsləmir mi , nəticə etibarıyla bizi qorxulu yaratıq halına gətirmir mi?
Rohit Bhargavanın yuxarıdakı fikir dolu suallarına Nedra Weinreich social marketing kampaniyalarinda qorxu marketinqinin çox zəif iştirak etdiyini, effektlik dərəcəsinin aşağı olmasını bildirməkdədir. Bütün bu kampaniyaların ortaq xüsusiyyəti qorxunu təlkin etmələridir. Kazusları nəzərə alaraqdan nə baş verəcəyini bilmiş oluruq. Bu kampaniyalar nə dərəcədə uğurludur diqqetimizi çəkdiklərində, əmin deyilik. Bütün hallarda istəklərinə müvəffəq olmurlar.
Qorxu bazalı kampaniyaların effektivliyini artırma üçün bəzi tədbirlər ələ alınmalıdır.
1.əmin ol ki, təsvir ediləcək olan nəticədə sərtlik də olmasın, amma aşırı dərəcədə mübaliğə də. Ölümü təsvir etmə, ama etibarsız bir divanın pnevmaniya yaradacağını bildir(ağciyər iltihabı)
2.kütlənə hiss etdir ki, problemin onlarla əlaqəsi var.
3.hər hansı xüsusi bir hadisəni dəstəklə ki, hədəf kütlən təsvir ediləcək nəticənin baş verməsindən əvvəl özlərini qorusun.
4.əmin ol ki, kütlən inansın sənin təklif edilmiş həll variantın, onun nəticədən qorunmasında effektivdir.
5.həll variantını ələ təsvir et ki, kütlə asanlıqla onu edə bilsin.
Beləliklə qorxuya baş vurmaqla ya bizləri hərəkətə gətirir, ya ürpərtir, ya da kanalı dəyişdiririk.
Lakin çoxu zaman bu kampaniyaların unutduğu bir nöqtə var, “Happy Ending Provide” , cünki potensiyal müştəriləriniz artıq sizin məhsullarınızı almaqdadırlar.
http://rohitbhargava.typepad.com/weblog/2005/09/fear_marketing.html
http://www.returncustomer.com/2007/04/30/what-you-need-to-know-about-fear-marketing/
http://sethgodin.typepad.com/seths_blog/2008/06/the-marketing-o.html
http://www.social-marketing.com/blog/2006/06/making-fear-based-campaigns-work.html
Wednesday, November 11, 2009
Missiya
Missiya , tarix boyunca, istər ilkin, istərsə də daha sonrakı versiyalarında müxtəlif mənalarda istifadə edilmişdir. Vikipedi missiya yazdığümda mənə 20 başlıqlı nəticə verdiğində, axtardığım nə xristian kilsəsinin missionerlik hərəkatı, nə hərbi hərəkat, nə üzüm sortu, nə də Rush’ın missiya mahnısıdır. Mənə şirkətin(firma, kompaniya, quruluş vs.) missiyası gerekliydi.
Missiya –təşkilatin məqsədini, yəni geniş mühitdə hansı məqsədlərə nail olmaq istədiyini bildirir. Bu halda isə təşkilatda işçiləri bir „invisible hand“ kimi yönləndirir. Missiya şirkətin cəmiyyətdə hansı məqsədlərə nail olmaq istədiyini də göstərir. Mütləq və mütləq müəyyən ve konkretlik daşımalı, su kimi büllur və dupduru olması gərəklidir. Lakin müəyyən səbəblərə görə qoyulmuş missiya başqa vəzifələrə cevrilə bilər. Yəni öncəki halını və mənası itirir. Səbəblər kimi, zaman , böyümə, yəni məhsullar və bazarlar , əlavə də mühitin yeni şərtləri missiyanın konkretliyini itirir.
əlbəttə bu hal arzuolunmaz bir vəziyyətdir. Lakin bunu da çözümləməyə çalışan menecerler, yeni məqsədlər arayışında və özlərinin qoyduğu suallara ele özləri də cavab verməyə çalışırlar. Müştərimiz kimdir? Biznesimiz necə olmalıdır? Müstərilər nəyə dəyər verir?
Edə bileceyini yəni Atalar demiş „Ayağını yorğanına kimi uzat“ deyimi şirkət missiyasında əks olunmalıdır. Mən X şirkəti olaraq özümü asan məqsədi seçməli deyiləm, hətta o nə qədər qulağa xoş olsa belə. Unudulmamalıdır ki, hər şey müştəri və onun üçün yaradılan dəğərdən söhbət gedirsə, məhz onların ehtiyaclarının təməlini nəzarətə alacaq və təsir edəcək məqsədlər seçilməlidir.
Ölçü vahidini də işə salsaq, dar ya da həddindən artıq geniş missiyalardan da qaçınılmalıdır. Məsələn X şirkəti əgər qələm istehsal edirsə, mən komunikasiyanın özəyiyəm deməsi absurddur. Biləvasitə şirkətlə hədəf kütlə arasında inamsızlıq yaradan , bununla da şirkətin etibarını sarsıdan metaforik şişirtmələr hec də gələcəyi ümidləndirmir.
Missiya həmçinin bazar mühitinə də uyğun olmalıdır. Düşünək ki. Bakıdakı McDonalds günəş enerjisiylə işləyən solar saatlar istehsal etməyə başlayır. Lakin bu onun en qısa zamanda yemeyini yeyib işinin dalınca getmək istəyən müştərilərə heç bir üstünlük qazandırmır, hərçənd fast food xarakteri daşısa da McDonalds, Bakıda aile istirahət mərkəzinə çevrilib.
Thursday, November 5, 2009
We share the same biology...
Stingin məşhur 'Russians' mahnısından alınan bu sözler, o zaman yaşanan Soyuq Müharibənin kəskin fərqlənən 2 super gücün arasındakı bəlkə tək bir bağ olaraq səsləndirilmişdi. Nə dərəcədə təsirli olduğunu deyəbilməsəm də o əsr üçün bu zamanın adamı kimi məndə bir anlıq düşündürücü hisslər yaratmış oldu.
Marketing üçün faydalı olmaq , həm də əksinə və ya onun təmsilində sizlərə faydalı olmaq , sizlərin də mənə faydalı olmağını göz önüne alıram. Artıq sizlərin (adlarını birinci, ikinci yazmıram) bloglarından kifayət qədər faydalanmaqdayam. Və sizlərdən gələn informasiya bolluğu məndə daxili bir güc yaratdı. Yaranan bu güc mənim də sizlər kimi məlumat paylaşacağıma zəmin yaradır. Bunun nəticəsini indidən demək olmur, cünki əğər keyfiyyət gözüyle ölçsək, elə keyfiyyətin olçülməsi Marketing üçün bir başlı başına problemdir. Ancaq istəklərimə istər çatım vəya çatmadığım halda əldə etdiyim, qazandığım hər bir şey məndə təcrübə yaratmış oldu. Yaranan təcrübə qoy sizlərə də xidmət etsin.
Ele alacağım mövzular, Marketing, onunla elaqeli başlıqlar, Strategiya ve Marketing-Mix, ayrıca PR, Brand Management, IMC, ele Communication Politic, dahası Retail Marketing, Service Marketing ve saire kimi