Friday, July 23, 2010

Viral Marketing(1)

Şirkətlər, istər daxilində istər xaricində gedən prosesler, hətta onların idarə olunub olunmamasından asılı olmayaraq marketinq təkliflərini ən az xərclə həm mövcud müştərilərə həm də potensiyal müştərilərə çatdırmağa çalışırlar. Bazarın seqmentləşməsi vəz özlüyündə alıcı qrupların fraqmentləşməsi onlarla qurulacaq komunikasiyanı da təsirləndirir. Bu hal əlbəttə ki, bazara yeni girmiş və kiçik şirkətlərə üçün daha da xarakterikdir. Aktual bir WOM aləti olan Viral Marketingdən danışmaq artıq yerinə düşər. Reklama qıcıq verən WOM onunla bir savaş içindədir. WOM-un bir forması olan Viral internetin güclənməsi ilə də özünə cığır aça bilmiş və tədricən də böyüməyə davam etməkdədir.
Adıni virusların yayılma şəklindən almış WOM-un bir alt kategoriyasıdır. Geniş yayılmasının əsas səbəbi Medyanın bahalılığı və qazancların bu xərcləri qarşılaya bilməməsidir. Verilən təriflərdən görünür ki, ya yoluxucu bir xəstəlik kimi bir insandan digərinə keçən bir fikir ya da mehsulun bir virus kimi serpilərək satılması, ya da öz reklamını özü edən və davamına da məsuldur. Medya kimi, mƏkan anlayışı kimi internet irƏlidədir, hətta deyərdim ki, kapasitəsinin böyüklüyünə görə mobil telefonlardan da çox istifadəlidir. Bir viral qurgusu yaratmaq üçün 3 təmələ ehtiyac var; 1. yayma motivatoru 2. alma motivatorun 3. yayılma məkanı(Medyum)
Yayma motivatoru təyin edilərkən, her cür motivdən istifadə olunur. Pul tda təklif edilir, psixoloji ehtiyaclara da cavab verilə bilər. Amma en dogru seçim yayıcılarla mənəvi əlaqələrin qurulmasıdır.
Alma motivatoru viral qurğunun bir diğər elementidir. Əsas olan burda mesajın gücüdür. Çünki mesajın yayılması prosesində alıcılar əsl hədəf kütləsi kimi çıxış edir. Onların da yayıcı olması öncə alıcı olmasıyla gerçəkləşir.
Yayılma mekanı(Medyum)- burada isə məlumatların sürətlə yayılmasıdır, geniş kütlələrə xitab edə bilməsi, mesajın aydın olması və anlaşılır şəkildə daşıya biləcək kapasitədə olmasıdır.
Əgər bu 3 element bir araya ugurla gələrsə, ənənəvi marketinqdən daha çox geri dönüşlü(feedback) və buna baxmayaraq daha az xərclidir.
Unutmamaq lazımdır müştərinin dilindən müştəri daha yaxşı anlayır...